Logo

Məktəblilərin bu görüntüləri müzakirələrə səbəb oldu - VİDEO

15.06.2023 15:44 5138 baxış
IMG

Sosial şəbəkədə məktəblilərin kriminal avtoritet "Zobik Gəncinski" ləqəbli Ruslan Rzayevə həsr olunmuş mahnını oxuyaraq oynadıqlarını əks etdirən görüntülər paylaşılıb.

"Tehsil.biz"in məlumatına görə, görüntülər Gəncə şəhər Nizami Aydın adına 18 nömrəli tam orta məktəbdə lentə alınıb.

Belə ki, təhsil ocağında "Son zəng" tədbiri zamanı çəkilən video narazılığa səbəb olub.

Məsələ ilə bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən "Tehsil.biz"ə bildirilib ki, sosial şəbəkədəki görüntülərlə bağlı araşdırma aparılır, ətraflı məlumat veriləcək.

Həmin görüntüləri təqdim edirik.

Xəbər lenti