Tarixə iz salan heç bir məsələ, heç bir hadisə unudulmur, silinmir, bu hər birimizə açıq məlumdur.
Azərbaycan xalqının tarixinə də qızıl hərflərlə həkk olunmuş səlnamələr vardır ki, onlar bütün bəşəriyyətə səs salan olaylardan olmuşdur. Zəfər, Qalibiyyət ölkəsi kimi dünyaya öz imzasını təsdiq edən ölkəmiz örnək addımları ilə də tanınmaqdadır.
Hər birimiz Şəstlə, qürurla xatırlayırıq ki, keçən 2021-ci il 15 iyun tarixində “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması mərasimi baş tutdu.
Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesaj idi. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu.
Ən yaddaqalan və möhtəşəmliyi ilə seçilən məqam bu mübarək imzaların məhz mədəniyyət beşiyi iz olan Şuşa torpağında atılması idi.
Bəyannamə Türkiyə və Azərbaycan arasındakı müttəfiqlik münasibətlərinin bütün əməkdaşlıq sahələrini əhatə edir.Əsrlərdir ki, ölkələrimiz arasındakı dostluq, qardaşlıq bu gün isə müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə etməyi qürurvericidir.
Şuşa Bəyannaməsinin iqtisadi əhəmiyyəti isə özündə ehtiva etdiyi əsas məqam əraziyə yeni sərmayə qoyuluşu prosesini stimullaşdmasıdır. Regionun artan investisiya potensialı yeni iqtisadi münasibətlərin formalaşmasına səbəb olacaqdır. Şuşa və Şuşa ətrafının gözəl turizm imkanları açılacaq.
Bəyannamə strateji əməkdaşlığın perspektivini təmin edir. Bəyannamə ölkələr arasında münasibətlərin gələcəyini müəyyən edir və iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırır. Bəyannamənin icrası keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır.
İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması prosesində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur. Vətən müharibəsində olduğu kimi, işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işlərində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur.
Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya nümayiş etdirən bir mesajdır.
Müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin Bəyannamədə əks olunması tarixi nailiyyətdir. Ən əsası ölkələrimiz bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcək. Müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı ölkələrin hərbi qüdrətini artıracaq.
Azərbaycanın haqlı mücadiləsi olan İkinci Qarabağ müharibəsi başlanan gündən, ilk saatlardan Türkiyə Prezidenti Cənab Rəcəb Tayyib Ərdoğan Azərbaycana birmənalı, dəqiq və açıq dəstək ifadə edərək bu birliyin mesajını bütün cahana bəlli etdi. Müharibənin ilk günlərindən Türkiyə Prezidenti bildirdi ki, Azərbaycan tək deyil. Bu, həm bizi ruhlandırdı, eyni zamanda, müharibəyə müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri dayanmağa vadar etdi.Ölkələrimiz arasında münasibətlərin gələcəyini müəyyən edən Bəyannamə əlaqələrimizi ən yüksək səviyyəyə qaldırır.
Türk dünyasının inteqrasiyası prosesini daha da sürətləndirən bu möhtəşəm uğur iki qardaş ölkənin ayrılmazlıq simvoluna çevrildi.
Fəxarət hissi ilə deyə bilirik ki, bu gün ölkəmizin yanında, ölkə başçımız Müzəffər Ali Baş Komandanımız Cənab İlham Əliyevin yanında Türkiyə kimi böyük, nəhəng bir dövlət dayanmışdır.
Qardaşlığımız əbədi olsun deyirik.
Yaşasın Azərbaycan-Türkiyə birliyi!
Nəhayət Şirinova
ADPU Quba filialının əməkdaşı, Azərbaycan Jurnalistlər Birliyinin üzvü