SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri Polşanın Krakov şəhərində keçirilən “SPINAKER Yay məktəbinin II buraxılışı” Beynəlxalq Yay məktəbi festivalında iştirak ediblər.
BANM-dən "Tehsil.biz"ə bildirilib ki, onlar Neft-qaz mühəndisliyi ixtisasının 4-cü kurs tələbələri Nicat Səfərəliyev, Rəşad Azadlı və Tural İsmayılovdur.
Müxtəlif ölkələrdən iştirakçıların qatıldığı Yay məktəbində BANM tələbələrinin xərclərini Polşa AGH Elm və Texnologiya Universiteti qarşılayıb.
Yay məktəbində tələbələr 8 gün ərzində neft-qaz üzrə texniki və praktiki biliklərə yiyələnib, həmçinin Polşanın tarixi və mədəniyyəti ilə yaxından tanış olublar.





