Logo

Rektor universitetin yeni tələbə-rektoru ilə görüşüb

15.06.2023 20:15 470 baxış
IMG

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev universitetin yeni tələbə-rektoru Elşən Çıraqovla görüşüb.

AzTU-dan "Tehsil.biz"ə bildirilib ki, rektor Vilayət Vəliyev Elşən Çıraqovu tələbə-rektor seçkilərində qalib gəlməsi münasibətilə təbrik edib, ona fəaliyyət istiqamətləri ilə bağlı müvafiq tapşırıqlar verib və fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, AzTU-nun yeni tələbə-rektoru Elşən Çıraqov İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin ikinci kurs tələbəsidir. 

Xəbər lenti