2022-2023-cü tədris ilində keçirilən fənn müsabiqələrində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə təhsil alan 29 şagird qızıl, gümüş və bürünc medal qazanıblar.
İdarədən "Tehsil.biz"ə verilən məlumata görə, onlardan 8 nəfəri riyaziyyat, 3 nəfəri fizika, 7 nəfəri biologiya, 1 nəfəri kimya, 10 nəfəri isə informatika fənni üzrə fərqlənənlər sırasında yer alıb.
Qeyd edək ki, fənn müsabiqələri ümumi təhsil məktəblərinin VI və VII sinif şagirdləri arasında fizika, kimya, biologiya, riyaziyyat və informatika fənləri üzrə keçirilir.