Azərbaycan Vətəndaş Hərəkatının (AVH) üzvləri Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Aqil Şirinovla görüşblər. Görüşdə Hərəkatın İdarə Heyətinin və Məclisinin üzvləri – araşdırmaçı Ceyhun Bayramlı, siyasi şərhçi Mübariz Göyüşlü, politoloq Elçin Xalidbəyli, tarixçi alimlər Taleh Cəfərov və Mübariz Ağalarlı, hüquqşunas Azər Sərxanoğlu iştirak ediblər.
Tanışlıq və qarşılıqlı faydalı əməkdaşlıq məqsədi güdən görüşdə tərəflər maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Aİİ rektoru Aqil Şirinov rəhbərlik etdiyi müəssisənin fəaliyyəti, buradakı tədris, elmi və aradşrıma istiqamətində görülən işlər, gənc kadrların hazırlanması istiqamətindəki çalışmalardan bəhs edib. A.Şirinov eyni zamanda institutun xarici əlaqələrindən, gələcək elmi-pedaqoji planlarından, fəaliyyətlərindən, keçirilməsi nəzərdə tutulan tədbirlərdən də söz açıb.
Öz növbəsində AVH təmsilçiləri hərəkatın əsasən ziyalılardan ibarət olduğunu vurğulayaraq, təşkilatın gördüyü işlərdən, təşkil etdiyi ictimai-siyasi səfərlərdən, keçirdiyi tədbirlərdən, görüşlərdən danışıblar. AVH-çilər Azərbaycan dövlətinin inkişafına ictimai dəstək həyata keçirdiklərini vurğulayaraq, bundan sonra da qeyd olunan istiqamətdə fəaliyyətlərini davam edəcəklərini, ölkədaxili və ölkəxarici təşkilatlanma işlərini genişləndirəcəklərini, o cümlədən daha geniş çalışmalar həyata keçirəcəklərini vurğulayıblar.
Sonda tərəflər ictimai maraqlara xidmət edən məsələlərdə mümkün olduqca gələcəkdə əməkdaşlıq etmək, ortaq çalışmalar həyata keçirmək barədə razılığa gəliblər.