2022-2023-cü dərs ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrinə işə qəbul üzrə müsabiqələr keçirilib.
Bu barədə "Tehsil.biz"ə idarədən məlumat verilib.
Müsabiqələrdən müvəffəqiyyətlə keçən 114 nəfər psixoloq, 143 nəfər laborant, 44 nəfər kitabxanaçı, 17 nəfər kitabxana müdiri, 23 nəfər uşaq birliyi təşkilatı rəhbəri və 21 nəfər gənclərin çağırışaqədərki hərbi hazırlığı rəhbəri (ümumilikdə 362 nəfər) işə qəbul olunub.