Logo

BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbələri istehsalat təcrübəsini uğurla keçirlər

13.03.2021 18:16 715 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin torpaqşünaslıq və aqrokimya ixtisasının IV kurs tələbələri Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunda istehsalat təcrübəsinə başlayıb.

 

Tələbələr təcrübə zamanı ayrı-ayrı laboratoriyalarda torpaq və su analizlərinin gedişatı ilə, müxtəlif cihazların iş prinsipləri ilə tanış olub, analitik işlərdə iştirak edirlər.

 

Təcrübə müddətində tələbələr əldə etdikləri biliklər üzrə qeydlər aparır, gün ərzində görülən işlər haqqında məlumatları gündəliklərində əks etdirirlər. İstehsalat təcrübəsi tələbələrin əldə etdikləri bilik və bacarıqların elmdə tətbiqinə yiyələnməsinə, yüksəkixtisaslı elmi kadrların hazırlanmasına xidmət edir.

Xəbər lenti