Logo

Cari tədris ilində 1011 nəfər şəhid və hərbçi, qazi ailəsi üzvü işlə təmin olunub

16.06.2023 20:06 266 baxış
IMG

2021-ci ilin fevral ayından 2023-cü il iyunun 1-dək şəhid və hərbçi ailəsi üzvlərinin, Vətən müharibəsi iştirakçısı, qazi və onların ailə üzvlərinin sosial müdafiəsi və məşğulluğunun təmin edilməsi məqsədilə digər pedaqoji vəzifələr üzrə 3 min 396 nəfər Elm və Təhsil Nazirliyinə tabe müəssisələrdə işlə təmin olunub.

Bu barədə "Tehsil.biz"ə nazirlikdən məlumat verilib.

Bildirilib ki, onlardan 1011 nəfəri 2022-2023-cü tədris ilində işə qəbul edilib.

Qeyd edək ki, ötən tədris ilində bu qrupdan olan 408 nəfər işlə təmin edilmişdi.

Xəbər lenti