Logo

"İslahatlar prosesində ADPU da müəyyən nailiyyətlər əldə edib"

17.06.2023 14:23 401 baxış
IMG

"Ümumən təhsilimizdə olan islahatlar prosesində Pedaqoji Universitet də müəyyən nailiyyətlər əldə edib".

Bunu "Tehsil.biz"ə açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov deyib.

Rektor bildirib ki, ölkədə müəllim peşəsinin, nüfuzunun artması ADPU-da da özünü göstərib:

"Bu il 1-ci kursu bitirənlər içində 74 % ümumi qəbulun 400-500-dən çox bal toplamış şəxslər olub. Bunlar universitetin nüfuzunun artması, qazandığı uğurlardır. Eyni zamanda məzunlarımızın uğurları da sevindiricidir. Bu, özünü müəllimlərin işə qəbulu, magistratura, həmçinin xaricdə magistraturaya qəbul imtahanlarında özünü göstərir. Bunlar hamısı sevindirici hallardır".

C.Cəfərov qeyd edib ki, təhsil sahəsində işlər addım-addım gedir:

"Biz hələ bu yeniliklərin ilkin mərhələlərindəyik. Dünya sürətlə dəyişməkdədir. O cümlədən, təhsildə də radikal dəyişikliklər, yeniliklər qaçılmazdır və biz də təhsilimizi həmin yeniliklərə uyğunlaşdırmalıyıq. Bunun üçün də baza yaradılır və o baza əsasında daha çox uğur qazanmaq üçün əsaslı işlər görülməkdədir".

Kənan Nağıbəyli

Xəbər lenti