“Məktəblinin dostu” layihəsi və 284 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə məktəblərarası dama yarışı keçirilib.
Tehsil.biz xəbər verir ki, yarışda Bakı şəhəri 284, 9, 14, 47, 102, 175, 211, Xırdalan şəhəri 2 nömrəli tam orta məktəblər iştirak edib.
1-ci yerə 9 nömrəli tam orta məktəb, 2-ci yerə 102, 3-cü yerə isə 284 nömrəli tam orta məktəbin şagirdləri layiq görülüb.
Sonda şagirdlər sertifikat və medallarla təltif olunublar.