Bu gün axşam saatlarında "Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin ərazisində film çəkilişi ilə əlaqədar pirotexniki vasitələrdən istifadə olunaraq avtomobil yandırılacaq.
Tehsil.biz xəbər verir ki, bu barədə AZTV-nin yaydığı məlumatda bildirilib.
"İctimaiyyətin nəzərinə çatdırmaq istəyirik ki, proses Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının tam nəzarəti altında təşkil olunacaq", - deyə müraciətdə qeyd olunub.