XX əsrin sonlarına doğru Torpaqlarımızın 20%-in işğal olunması əhalimizin bütün təbəqələrində ruh düşkünlüyü yaratmışdı.
Daha sonra Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan ordusu yenidən quruldu,gənc nəsildə vətənpərvərlik ideyalarının formalaşdırılmasına önəm verildi.
2010-cu il 18 iyunda bütün ölkənin diqqəti cəbhəyə yönəldi.Azərbaycan ordusunun giziri təkbaşına 40-dan çox düşməni məhv etmişdi. Uşaqdan tutmuş böyüyə qədər hamı Mübarizlə fəxr edir və onun kimi qəhrəmanlıq göstərməyi xəyal edirdi.
Mübariz İbrahimovun qəhrəmanlıq dastanı orta məktəblərdə, ali məktəblərdə,kütləvi informasiya vasitələrində həmişə aktual mövzular sırasında saxlanılır. Azərbaycan xalqı öz qəhrəmanını sözdə yox, əməldə sevdiyini sübut etmiş oldu. Yüzlərlə ailə dünyaya gələn övladlarına Mübariz adı qoyur,müxtəlif binalarda, avtomobillərin üzərində Mübariz İbrahimovun şəkli vurulur, müxtəlif küçələrə Şəhidimizin adı verilir, bunların hamsı xalq sevgisinin göstəricisidir.
Vətən Müharibəsində şəhid olmuş qəhrəmanlarımızın bir neçəsinin Mübariz İbrahimovun məzarı ilə şəklinin olması heç də təsadüf deyildi. Gənclik özünü məhz ona bənzətməyə, onun kimi olmağa çalışırdı və bunu bacardı da! 2020-ci il 44 günlük Vətən Müharibəsində düşmənin başını dəmir yumuruqla əzən Azərbaycan ordusu vətən uğrunda canından keçmiş bütün şəhidlərimizin qisasını almış oldu, eləcə də Mübariz İbrahimovun!
Azərbaycan xalqı 100 illər keçsə də, Mübariz İbrahimovu unutmayacaq, həm sevincli, həm kədərli günlərində Mübariz İbrahimovun adı çəkildikdə başını dik tutacaqdır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Ramil Mehdili
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix və Coğrafiya fakültəsinin tələbəsi