Logo

İdarə müdiri Mingəçevirdə MİQ və sertifikasiya mərkəzlərinə baş çəkib

18.06.2023 16:17 606 baxış
IMG

İyunun 17-də Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov Mingəçevir şəhərində Müəllimlərin İşə Qəbulu (MİQ) və təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin keçiriləcəyi mərkəzlərə baş çəkib.

Tehsil.biz xəbər verir ki, təhsil idarəsinin müdiri Elçin Kərimov sözügedən mərkəzlərdə yaradılan şəraitlə tanış olub, həmçinin ümumi prosesin gedişatı zamanı yarana biləcək texniki problemlərə qarşı hazırlığın tam təmin olunması istiqamətində öz tapşırıqlarını verib.

Qeyd edək ki, təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi 20-24 iyun tarixlərində Mingəçevir şəhərində 4 mərkəzdə (Mingəçevir şəhəri R.Muradov adına Texniki Humanitar lisey, Mingəçevir şəhəri R.Mirabov adına 7 nömrəli tam orta məktəb, Mingəçevir şəhəri N.Ahəngari adına 13 nömrəli tam orta məktəb, Mingəçevir şəhəri R.Qəhrəmanov adına 14 nömrəli tam orta məktəb) təşkil olunacaq.

Xəbər lenti