Logo

Doktorantura və dissertantura səviyyəsində xarici dil üzrə danışıq bloku imtahanı davam edir

19.06.2023 09:36 369 baxış
IMG

Xarici dil üzrə danışıq bloku imtahanı iyunun 16-dan etibarən keçirilir və bu gün başa çatır.

Bu barədə "Tehsil.biz"ə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, iştirakçılar Dövlət İmtahan Mərkəzinin saytından imtahana buraxılış vərəqəsini çap edib vərəqədə göstərilən yer (DİM-in Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən binası, 8 Noyabr metrostansiyasının yanı) və saatda imtahan verirlər. Namizəd və iddiaçılar imtahana buraxılış vərəqəsində göstərilən vaxtda qeyd olunan ünvanda olmalıdırlar.

İlk 3 gün ərzində imtahanda iştirak etməli olan 1863 nəfərdən 69-u imtahana gəlməyib.

DİM danışıq bloku imtahanına gəlməyən şəxslər üçün imtahan vermək imkanı təklif edir. İmtahanda iştirak etmək istəyənlər 19 iyun saat 12:50-dən 13:20-dək DİM-in 8 Noyabr metrostansiyasının yanında, Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasına yaxınlaşa bilərlər.

Xatırladaq ki, danışıq bloku üzrə imtahanda iştirak etməyən şəxslər ilk 4 blok üzrə lazımi nəticə göstərsələr belə, doktoranturaya qəbul imtahanı verənlər növbəti – fəlsəfə imtahanına buraxılmırlar, fəlsəfə doktoru imtahanı verənlər isə müvafiq şəhadətnamə ilə təmin olunmurlar.

Xəbər lenti