Logo

"Əsrlər boyu davam edən qarşılıqlı əlaqələr, dostluq və qarşılıqlı dəstək tariximiz var"

19.06.2023 10:22 264 baxış
IMG

Azərbaycan öz müstəqilliyini əldə etdikdən cəmi iki ay sonra, İsrail yeni dövləti rəsmən tanıyan ilk dövlətlərdən biri olmuş və 1992-ci il 7 aprel tarixindən etibarən Azərbaycanla diplomatik əlaqələr qurmuşdur.

Həmin dövrdən başlayaraq, ikitərəfli əlaqələr xüsusi olaraq təhlükəsizlik məsələləri, enerji ticarəti, eləcə də mədəniyyət və təhsil sahələrində sıx əməkdaşlıq fonunda daha da genişlənmişdir.

Dağlıq Qarabağ ərazisində Ermənistan-Azərbaycan toqquşması ilə bağlı atəşin yatırılmasına çağıran beynəlxalq qurumların mövqeyinə baxmayaraq, artıq 5 ildir ki, İsrail Azərbaycanın silah və yüksək texnologiyalarla bağlı əsas təchizatçısına çevrilib. Prezident İlham Əliyevin sözlərinə görə, Azərbaycan, Yaxın Şərqdəki müttəfiqindən indiyə qədər təxminən 5 milyard dollar dəyərində silah və hərbi texnika əldə edib. Azərbaycana belə razılaşma yalnız xeyir gətirib. Belə ki, dəyəri 5 milyard dollar olan müqavilədə İsrail istehsalı olan “intiharçı dron” tipli qurğuların təchizatı da nəzərdə tutulur. Sözügedən texnologiya, radio dalğalardan istifadə edərək, düşmənin mövqeyini təyin etmək və onu asanlıqla məhv etmək iqtidarına malikdir. Xatırladaq ki, buna qədər, Azərbaycan hərbi qüvvələri belə texnologiyadan istifadə etməyib.Digər tərəfdən, Azərbaycan, öz tərəfdaşına onun istehsal edə bilmədiyi bir məhsul – neft təklif edir. İsrailin 40 milyon barel və ya 1,5 milyard dollar dəyərində illik neft idxalı (ümumi idxalın 40%-i) Azərbaycandan tədarük olunur.

Bundan əlavə, İsrailin EAPC Boru Kəmərləri Şirkəti, Türkiyəyə nəql edilən Azərbaycan neftinin tankerlər vasitəsilə Türkiyədən Aşkelonaya, İsrailin Aralıq dənizindəki limanına göndərməyi planlaşdırır. İsrail, Azərbaycan ilə enerji sahəsində xüsusi əlaqələr qurmaqla, tankerlər vasitəsilə Şərqi Asiyanın xam neft daşıyıcısına çevrilməyə hazırlaşır.

Azərbaycan və İsrail, xüsusilə hər iki dövlətin ən çox ehtiyac duyduğu sektorlarda əməkdaşlıq etməklə, bir-birləri üçün əsas regional oyunçulara çevriliblər. Yeni iqtisadi, biznes və ticari əlaqələrin yeni yollarının təşviqi məqsədilə, bu ilin may ayında, yüksək səviyyəli Azərbaycan rəsmilərinin ABŞ-ın Yerusəlimdə yeni səfirliyinin açılış günü Tel-Əviv şəhərinə səfər etməsi, son zamanlar iki ölkə arasındakı ikitərəfli əlaqələrin intensivliyini bir daha təsdiq edir.

Cabir Cəfərov

Xəbər lenti