Logo

UFAZ əməkdaşları BDU-nun Biologiya fakültəsinin laboratoriyaları ilə tanış olublar

19.06.2023 11:52 447 baxış
IMG

Azərbaycan-Fransız Universitetinin (UFAZ) Baş katibi Elizaveta Bydanova,  Kimya və kimya mühəndisliyi tədqiqat şöbəsinin müdiri Kristof Serra Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində olublar.

BDU-dan "Tehsil.biz"ə bildirilib ki, görüşdə Biologiya fakültəsinin dekanı Afət Məmmədova, Biotibbi materiallar kafedrasının müdiri Ülviyyə Həsənova, Sənaye kimyası elmi-tədqiqat laboratoriyasının elmi işçisi Ələkbər Hüseynzadə iştirak ediblər.

Görüş zamanı universitetlər və fakültələrarası elmi əməkdaşlıq müzakirə edilib, beynəlxalq layihələr hazırlanması planlaşdırılıb.

Qonaqlar Biologiya fakültəsinin laboratoriyaları ilə tanış olublar.

Xəbər lenti