Logo

BŞTİ tərəfindən 9 müsabiqə və olimpiada həyata keçirilib

19.06.2023 12:41 254 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən paytaxtın təhsil müəssisələrini əhatə edən 9 müsabiqə və olimpiada təşkil edilib.

BŞTİ-dən "Tehsil.biz"ə bildirib ki, paytaxt məktəbləri arasından keçirilən “Hekayəni paylaş”, “Yaradıcı müəllim: inkişaf edək, etdirək”, “Qarabağı tanıt” təqdimat müsabiqələri, “Mənim gündəliyim” oxu və yaradıcılıq müsabiqəsi, “Ən yaxşı məktəb saytı” müsabiqəsi, “Gənc Hüquq Müdafiəçiləri” səhnələşdirilmiş məhkəmə müsabiqəsi, həmçinin II Bakı Elm Olimpiadası, Ortaq Türk Dünyası Olimpiadası və “Zəfər” məktəblilərarası I tarix olimpiadasının əsas məqsədi şagirdlərin bilik səviyyəsinin yüksəldilməsi, dünyagörüşünün inkişaf etdirilməsi, həmçinin onlarda sağlam rəqabət hissinin formalaşdırılmasından ibarətdir. 

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdləri, eyni zamanda Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Sabahın alimləri”, “Ən yaxşı təqdimat”, “Gənc iqlim çempionları 2023”, Lütfi Zadə adına məntiq olimpiadası, fənn müsabiqələri və fənn olimpiadalarında iştirak edərək qaliblər sırasında yer alıblar.

Xəbər lenti