Logo

BŞTİ-yə 123 mindən çox müraciət daxil olub

19.06.2023 15:13 342 baxış
IMG

2022-2023-cü tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə 123 864 müraciət daxil olub. Müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ həll olunub, digərləri isə araşdırmaya yönləndirilib.

İdarədən "Tehsil.biz"ə verilən məlumata görə, statistikaya əsasən, BŞTİ-nin 146-1 nömrəli Çağrı Mərkəzinə 75 368 zəng qəbul edilib.

BŞTİ-nin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən 1 446 vətəndaşın müraciəti dinlənilib, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görülüb. Həmçinin Vətəndaşların Qəbulu Mərkəzində 22 784 vətəndaşın müraciəti cavablandırılıb.

24 266 sənəd (vətəndaşlar tərəfindən 6 552 ərizə, 5 585 elektron müraciət, Elm və Təhsil Nazirliyindən 2 782, digər qurumlardan 2 044, məktəblərdən 4 895 məktub və 2 408 kadr ərizəsi) qəbul olunub.

Xəbər lenti