Logo

Psixoloq: "Valideynlər imatahan ərəfəsində övladlarına daha çox diqqət etməlidirlər"

19.06.2023 15:28 454 baxış
IMG

"Valideynlər imtahan prosesi başlamazdan öncə övladları ilə söhbət etmədirlər. Bildirməlidirlər ki, ali məktəbə daxil olmaq onlar üçün önəmlidir. Lakin ali məktəbə daxil olmasan da, sən bizim sevimli övladımızsan və bu hər zaman belə qalacaq. Biz səni imtahanı uğurla keçəsən deyə yox, səni sən olduğun üçün sevirik. Bu, sadəcə sənin həyat yolundakı mərhələlərdən biridir. Sənə dəstəyik".

Bunu “Tehsil.biz”ə açıqlamasında Şağan Reabilitasiya Pansionatı Sosial Psixoloji Reabilitasiya şöbəsinin müdiri psixoloq İlahə Dadaşova bildirib.

Onun sözlərinə görə, bu kimi söhbətlər periyodik davam edən intiharların qarşısını alacaq:

"Hal-hazırda ikinci tur imtahanı keçrilməyib. Buna görə də əsasən bu dövrdə valideynlər övladlarına daha çox diqqət etməlidirlər. Abituriyentlər neqativ fikirlərdən uzaq durmalıdırlar. Hansı ki bəzi valideynlər "sən bacarmayacaqsan" deyəndə elə düşünürlər ki, övladları bu zaman daha çox çalışacaq və onları yaxşı mənada yanıldacaqlar. Lakin bu yanlış yanaşmadır. Əslində valideynlər övladının ümidini qırırlar. Övladı inandırmaq lazımdır ki, sənin toplayacağın bal sadəcə həyatda bir vasitədir. Bu vasitəni isə hər zaman əldə edə bilərsən. Bu prosesdə abituriyentin dostları da onlara dəstək olmalıdırlar. İxtisas seçimində isə abituriyentin bilik və bacarıqları nəzərə alınmalıdır. Hal-hazırda peşə, ixtisas seçimi ilə bağlı psixoloji testlər var. Məsələn, hiperaktiv olan bir şəxsi passiv masa başında olan bir peşəyə yönləndirmək doğru deyil. Bu, gələcəkdə övladın həmin peşədə uğur qazanmaması ilə nəticələnə bilər".

Kənan Nağıbəyli

Xəbər lenti