Logo

Elm və təhsil naziri BDU-nun Qazax filialında olub

19.06.2023 16:07 359 baxış
IMG

Elm və təhsil naziri Emin Əmrullayev Bakı Dövlət Universitetinin (BDU) Qazax filialında olub.

BDU-dan "Tehsil.biz"ə bildirilib ki, nazir filialın binası, auditoriya və laboratoriyaları, maddi-texniki bazası ilə yaxından tanış olub, professor-müəllim heyəti ilə görüşüb.

Filialın direktoru Arif Rüstəmov nazirə tədris prosesi, təhsilin keyfiyyətinin daha da yüksəldilməsi sahəsində görülən işlər barədə məlumat verib, qarşıya qoyulan vəzifələrdən danışıb.

Nazir Emin Əmrullayev BDU-nun Qazax filialının kollektivinə öz tövsiyələrini verib, uğurlar arzulayıB.

Xəbər lenti