Logo

Nazir Qazaxda vətəndaşları qəbul edib - FOTO

19.06.2023 16:52 373 baxış
IMG

İyunun 19-da elm və təhsil naziri Emin Əmrullayev Qazax rayonunda vətəndaş qəbulu keçirib.

Elm və Təhsil Nazirliyindən "Tehsil.biz"ə bildirilib ki, qəbulda Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy sakinləri iştirak ediblər.

Qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.

Qəbulda vətəndaşlar, əsasən, müəllimlərin işə qəbulu və yerdəyişməsi, xarici diplomların tanınması, fəxri adların verilməsi, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər.

Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları diqqətlə dinləyib, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

Xəbər lenti