İyunun 19-da Zərdab şəhəri H.Zərdabi adına 1 nömrəli məktəb-liseyin akt zalında rayonun ümumtəhsil məktəblərinin rəhbərləri ilə görüş keçirilib.
Tehsil.biz xəbər verir ki, görüşdə Zərdab rayonu üzrə təhsil sektorunun müdiri Gülağa İsgəndərov, sektorun müvafiq əməkdaşları və ümumtəhsil məktəblərinin direktorları iştirak ediblər.
Görüş zamanı növbəti tədris ili üçün dərs bölgüsünün müvafiq təlimata uyğun aparılması, müəllimlərin işə qəbulu müsabiqəsi üçün vakansiyaların qanunvericiliyin tələblərinə uyğun olaraq müəyyən edilib elan olunması, müəllimlərin sertifikatlaşdırılması prosesindəki mövcud yeniliklərlə bağlı məlumatlandırma və digər cari məsələlər müzakirə edilib.
Sonda müəssisə rəhbərlərinin sualları dinlənilib, müvafiq tapşırıq və tövsiyələr verilib.