Logo

“Noise technology and control systems” adlı kitab çap olunub

20.06.2023 10:44 906 baxış
IMG

Akademik Telman Əliyevin həyatı və elmi fəaliyyətinin əsas tarixlərini, əsərlərinin biblioqrafiyasını – kitab və məruzələrini, həmçinin alim haqqında yazılmış mənbələri əks etdirən kitab çap olunub.

Bu barədə "Tehsil.biz"ə AMEA-dan məlumat verilib.

“Noise technology and control systems” (“Küy texnologiyası və nəzarət sistemləri”) adlı kitab informatika, tətbiqi riyaziyyat, texnika və başqa tətbiqi elmlər sahəsində çalışan alim və mütəxəssislər, ali məktəb tələbələri, o cümlədən geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Qeyd edək ki, İdarəetmə Sistemləri İnstitutunun Elmi şurasının qərarı ilə çapa tövsiyə olunan kitabın redaktoru texnika üzrə fəlsəfə doktoru, dosent Tahir Əlizadədir.

Xəbər lenti