Logo

Azərbaycanın ilk qətlə yetirilən təhsil naziri - FOTO

20.06.2023 10:56 536 baxış
IMG

Azərbaycanda milli təhsil qurumunun yaradılması Xalq Cümhuriyyətinin adı ilə bağlıdır.

Tehsil.biz xəbər verir ki, cünhuriyyət qurulduqdan sonra bir sıra dövlət qurumları, həmçinin nazirliklər yaradıldı. Onlardan biri də Maarif və Dini Etiqad Nazirliyi idi.

Bu nazirliyin başına isə Nəsib bəy Yusifbəyli gətirilmişdi. O, ilk təhsil naziri kimi adını tarixə yazdırıb. 

Nəsib bəy Yusifbəyli Gəncə şəhərində doğulub. 1902-ci ildə Rusiyadakı İmperator Novorosiyski Universitetinin hüquq fakültəsinə daxil olmuş, lakin həmin illərdə geniş yayılan inqilabi hərəkatlara görə universitet Çar Rusiyası tərəfindən bağlanmış və Nəsib bəyin təhsili yarımçıq qalmışdı. Bundan sonrakı fəaliyyətini Nəsib bəy Krımın Bağçasaray şəhərində, İsmayıl Qaspiralının dərc etdirdiyi “Tərcüman” qəzetində davam etdirib. Burada həm də teatr sahəsində çalışıb.

Nəsib bəy Yusifbəyli 1918-ci ildə mayın 28-də “İstiqlaliyyət Bəyannaməsi”ni imzalayan 26 nəfərdən biri olmuşdur.

1920-ci il aprelin 27-də Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən və kommunist rejimi qurulduqdan sonra Nəsib bəy də digər hökumət üzvləri kimi ona qarşı olan təqiblərdən yaxa qurtarmaq məqsədi ilə mühacirətə getmək istəmişdir. Lakin 1920-ci il may ayının 31-də Bakıdan çıxıb gedərkən yolda, Kürdəmir uyezdinin Qarxun kəndində müəmmalı şəkildə qətlə yetirilmişdir. 

Beləliklə ilk təhsil nazirimiz Nəsib bəy Yusifbəyli həmçinin qətlə yetirilən nazir kimi də adını tarixə əbədi həkk etmişdir.

Kənan Nağıbəyli

Xəbər lenti