Logo

Qəbul imtahanlarında iştirak edən 8 nəfərin nəticəsi ləğv olunub

20.06.2023 17:12 396 baxış
IMG

I və IV ixtisas qrupları üzrə 3-4 iyun 2023 cü il tarixlərində keçirilən qəbul imtahanlarında iştirak etmək üçün ərizə təsdiq etmiş 34440 abituriyentdən (I qrup üzrə 28864 nəfər, IV qrup üzrə 5576 nəfər) 1687 nəfəri (I qrup üzrə 1458 nəfər, IV qrup üzrə 229 nəfər) imtahanda iştirak etməyib.

Bu barədə "Tehsil.biz"ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

İmtahanda iştirak edən abituriyentlərdən 8 nəfər qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

Xəbər lenti