"Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımız yenidən milli-mənəvi dəyərlərinin sahibi kimi çıxış etməyə başlayıb".
Tehsil.biz xəbər verir ki, bunu Milli Məclisinin deputatı Anar İsgəndərov deyib
Millət vəkili qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən dövlət-din münasibətlərinin tənzimlənməsinin və inkişafının əsası qoyulub.
Anar İsgəndərov dinə və dindarlara göstərilən qayğıdan da bəhs edərək bildirib ki, dini ibadət yerlərinin tikintisi, təmiri, tarixi-dini abidələrimizin, o cümlədən məscid, kilsə, sinaqoqların bərpa və yenidənqurulması dövlətimizin bu sahədəki siyasətinin tərkib hissələrindəndir.
Mərcanə Əsədova