Logo

ADU-nun müəllimləri beynəlxalq konfransda iştirak ediblər - FOTO

20.06.2023 22:06 430 baxış
IMG

Azərbaycan Dillər Universitetinin İngilis dilinin leksikologiyası və üslubiyyatı-2 kafedrasının müəllimləri Azadə Mikayılova, Nərgiz Səlimova və Leyla Məmmədova "İngilis dilinin tədrisində strategiyalar və innovasiya" mövzusunda peşəkar inkişaf təlimlərini özündə birləşdirən beynəlxalq konfransda iştirak ediblər.

Bu barədə "Tehsil.biz"ə ADU-dan bildirilib.

Sözügedən konfrans 16-17 iyun tarixlərində ABŞ səfirliyi, ADA universiteti və Şimali Karolina Universitetinin təşkilatçılığı ilə baş tutub.

Konfrans zamanı ingilis dili müəllimləri öz təcrübələrini də paylaşıblar.

Konfransın sonunda müəllimlərə sertifikatlar təqdim olunub.

Xəbər lenti