"Space TV"nin direktoru Vado Korovin televiziyada islahatlara başlayıb. Bu televiziyada dələduzluqda ittiham olunaraq həbs olunan İlham Mirzəyev haqqında veriliş efirə gedib. Görsənir ki, Mirzəyevi televiziyaya qaytarmaq niyyətindədir. Mən elə bilirdim ki, Vado müəllim təhsilə, elmə aid proqramlar təşkil etməklə islahatlara başlayacaq".
Tehsil.biz xəbər verir ki, bunları deputat Etibar Əliyev bildirib.
Millət vəkili gözləntilərinin əksinin baş verdiyini qeyd edib:
"Yalançı elmə üstünlük verdi. Yəqin ki, yaxın günlərdə İ.Mirzəyev əlifbasını bilmədiyi "Psixologiya" elmini yenə də məsxərəyə qoyacaq, "darıxmayın”, “narahat olmayın”, “düzələr”, “Allah qoysa, yaxşı olar”, “çalışın stresə düşməyin” ifadələri ilə psixoloji məsləhətlər verəcək. Belə adamları danışdırmaqdansa, cizgi filmlərinin sayını çoxaltmaq lazımdır. Uşaqlar darıxır".
"Bəhram Bağırzadə toyda fit çalır. Murad Dadaşov isə dərin düşüncələrə qərq olub. "Fil həkimi" məşhur sufi pritçasını oxusanız, məsələ sizin üçün də aydın olar. Bu təfəkkürlə hələ kənddən gələnlərə yuxarıdan aşağı baxırlar", - deyə Etibar Əliyev qeyd edib.
Kənan Nağıbəyli