Logo

"Hər il 15-16 % icbari təhsili bitirən şəxs əmək bazarına daxil olur"

21.06.2023 11:33 343 baxış
IMG

"Hər il 15-16 % icbari təhsili bitirən şəxs əmək bazarına daxil olur".

Tehsil.biz xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə İnsan Resursları Zirvəsində “Yerin dərinliyindən beyin dərinliyinə köç” mövzusundakı paneldə çıxışı zamanı deyib.

"Onların bilik səviyyəsini də bilirik. Onlarla əlaqəli xüsusi dövlət proqramı olmalıdır ki, nəyəsə cəlb etmək mümkün olsun. Aidiyyəti dövlət qurumları ilə həmin yeniyetmələrlə işləməyə başlamışıq. Ali təhsil üçün sənəd verməyən məzunlar da əmək bazarına qoşulur. Bu say da bizə məlumdur", - sədr bildirib.

Xəbər lenti