"Bəzən dünya ölkələrində bəzi ixtisasların üç il yox, iki il tədris edildiyi barədə yanlış təqdimatlar olur".
Tehsil.biz xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev İnsan Resursları Zirvəsində “Yerin dərinliyindən beyin dərinliyinə köç” mövzusundakı paneldə çıxışı zamanı deyib.
Nazir bildirib ki, bəzi ixtisasların tədris müddəti azaldıla bilər.
"Bu o halda mümkündür ki, həmin ixtisas üçün gələn insanın səriştələsi var. Əslində proqramı 2 illik də tərtib etmək olar, yəni mümkündür. Amma baza bacarıqları yoxdursa, alınmayacaq", - nazir bildirib.