"İxtisas seçimi bəzən valideynlər, abituryentlər üçün asan proses kimi görünə bilər, lakin göründüyü qədər asan deyil. Çünki hər bir gəncin, hər bir abituriyerntin həyatında önəmli məqamlardan biridir".
Bunu "Tehsil.biz"ə açıqlamasında təhsil eksperti Adil Vəliyev deyib.
Onun sözlərinə görə, ixtisas seçimi haqqında ancaq 10-11-ci siniflərdə düşünülür:
"Xaricdə istiqamət seçimi daha erkən yaşlarda, hətta altıncı sinifdən başlayır. Bu istiqamət əsasən uşağın bilik və bacarıqlarına görə müəyyən olunur. Bizdə isə istiqmət və ixtisas seçimi bir az daha fərqlidir. Əsasən valideynlər övladlarının bilik və bacarıqlarını nəzərə almadan, öz istəkləri üzərinə, məsələn, "istəyirəm övladım həkim olsun və yaxud polis olsun" fikirlərini səsləndirir, həmçinin övladının topladığı bala görə seçim edirlər".
.jpg)
Adil Vəliyev bildirib ki, düzgün ixtisas seçimi aşağı yaş qruplarında olmalı, abituriyentin maraq və bacarıqları nəzərə alınmalıdır:
"Burada uşağın xaricdə, yoxsa Azərbaycanda təhsil alacağı haqda qərar verilməlidir. Daha sonra işi bu sahə üzrə ixtisaslaşmış ekspertlərə həvalə etmək lazımdır. Nəticədə abituriyent həm sevdiyi ixtisasda təhsil alır, həm də təhsilini bitirdikdən sonra əmək bazarında iş tapa bilir. Bizim ən problemli məsələlərimizdən biri ixtisas seçimində əmək bazarını düşünməməyimizdir. Buna görə də bu prosesdə uduzan tərəf abituriyent olur".
Kənan Nağıbəyli