Hər bir insanın özünəməxsus istəkləri və məqsədi vardır. Biz isə həmin hədəflərə çatmaq üçün müəyyən yollar getməli, addımlar atmalıyıq.
Bu yolda qarşımıza çıxa biləcək problemlər hədəflərmizə getməkdə müəyyən maneələr yaratsa, belə biz onları dəf etməyi bacarmalıyıq. Biz isə öz hədəflərmizi müəyyən etməli və ona doğru addımlar atmalıyıq.
Bəzən bu hədəflərmizin reallaşmasında kiçik bir komandanun olması böyük rol oynayır.
Bəs komando nədir?
Komanda müəyyən işin yerinə yetirilməsi ümumi məqsədə çatmaq və ya bir tapşırığın ən təsirli və səmərəli şəkildə həyata keçirilməsi üçün qrup üzvlərinin birgə səyidir. Komanda işi dedikdə iki və ya daha çox insanın olduğu mütəşəkkil qrupda səmərəli işləməynizə kömək edən bir-biri ilə əlaqəli qabiliyyətlərdir.
Komanda ilə iş bacarığı dedikdə ilk öncə hər hansısa yaranmış problemin həll və çıxış yolunun birlikdə tapılmasına əsaslanır. Bu isə problemin asan və tez həll olunması ilə nəticələnir. Hər hansısa işin görülməsində komando birliyi varsa, həmin işin sonu uğurla nəticələnəcək.
Adətən deyirlər ki, istedad oyunlarda qalib gəlir, komanda işi və zəkası isə çempionluqda qalibdir. Əgər başqaları ilə nə qədər yaxşl işləsəniz, komandanız məqsədlərinə çatmaqda bir o qədər uğurlu olacaq. Hər bir şəxs fərqlidir. Komando ilə işləmək isə səbr və müəyyən mənada əzm tələb edir. Komanda ilə işləmək istəyən hər bir şəxs bilməlidir ki, müxtəlif bacarıqlar və tarix baxımından sizdən fərqli olan çoxşaxəli insanlarla işləyəcəksiniz.
Komanda işinin əsas üstünlüyü odur ki, hər bir insan fərqli düşüncəyə və istedada malikdir. Komanda ilə işləyərkən isə bu bacarıqlar ortaya çıxır. Bu isə hər bir insanın öz bacarıqlarının ortaya çıxmasına və həmin işin daha yaxşı alınmasına gətirib çıxaracaq.
Alıyeva Aysun