Logo

Mübariz Qurbanlı: "Dini Qurumlarla İş üzrə​​​​​​​ Dövlət Kоmitəsinin 179 ştat vahidi mövcuddur"

22.06.2023 10:15 2836 baxış
IMG

"Din sahəsində dövlət siyasətinin həyata keçirilməsi, dini etiqad azadlığı prinsiplərinin qorunması, dövlət-din münasibətlərinin qanunvericilik əsasında tənzimlənməsi, multikultural və tolerantlıq ənənələrinin möhkəmləndirilməsi, dini icmalar arasında qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi və s. istiqamətlərdə fəaliyyət göstərən Dini Qurumlarla İş üzrə Dövlət Kоmitəsinin (DQİDK) texniki heyət də daxil olmaqla 179 ştat vahidi mövcuddur".

Tehsil.biz xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Sədr bildirib ki, əsasən gənclərdən ibarət olan DQİDK kollektivinin bu günə qədər 43 əməkdaşı dövlət başçısı tərəfindən medallarla təltif ediliblər:

"47 əməkdaşı ilahiyyat, dinşünaslıq ixtisasları üzrə təhsil alıblar, 6 nəfərin fəlsəfə üzrə doktor elmi dərəcəsi var. Komitənin tabeliyində Azərbaycan İlahiyyat İnstitutu 71, Mənəvi Dəyərlərin Təbliği Fondu isə 15 nəfər əməkdaşla fəaliyyət göstərir".

Kənan Nağıbəyli

Xəbər lenti