Logo

ATU-da Yekun Dövlət Attestasiyasına start verilib

22.06.2023 10:26 393 baxış
IMG

Azərbaycan Tibb Universitetində (ATU) Yekun Dövlət Attestasiyasına start verilib.

Tehsil.biz xəbər verir ki, universitetin rektoru professor Gəray Gəraybəyli müalicə-profilaktika fakültəsinin buraxılış kurs tələbələri üçün keçirilən imtahanları izləyib.

Rektor tələbələrlə söhbət edərək, onların fikir və təkliflərini dinləyib. İmtahandan uğurla çıxan tələbələri təbrik edib, onlara müvəffəqiyyətlər diləyib.

İmtahan prosesinə ATU-nun prorektorları da nəzarət edib.

Xəbər lenti