M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı kadrlar üzrə mütəxəssis vəzifəsinə işə qəbul elan edir.
Bu barədə "Tehsil.biz"ə MDU-nun Bakı filialından məlumat verilib. Vakant vəzifə haqqında məlumatı təqdim edirik.
KADRLAR ÜZRƏ MÜTƏXƏSSİS
İş barədə məlumat:
• Əmək qanunvericiliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, əmək müqavilələrinin hazırlanması;
• İşçilərin şəxsi işlərinin qaydaya salınması və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatının aparılması;
• Əmək kitabçalarının qeydiyyatının aparılması;
• Məzuniyyət və ezamiyyətlərin sənədləşdirilməsi;
• Əməkdaşların məlumatlarının elektron sistemləşdirilməsi;
• Müvafiq vakansiyaların yazılması və elan edilməsi.
İş qrafiki: 6 günlük
• İş saatları: Həftəiçi 09:00-17:00; Şənbə günü 09:00-15:00
• Servislə təmin olunur.
• Əməkhaqqı müsahibə əsasında təyin olunacaq.
• Ərazi: Xocasən qəsəbəsi
Namizədə aid tələblər:
• Təhsil: Ali
• Təcrübə: Ali təhsil müəssisələrində çalışanlara üstünlük veriləcək.
• Yaş: 20 – 50
• Proqramlar: 1 C və MS Office
• Dil biliyi: Azərbaycan dili və rus dili biliyi vacibdir.
• Dəqiq, aktiv, çevik və işinə qarşı məsuliyyətli olmalıdır.
Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-lərini məktubun “mövzu” bölməsində vakant vəzifənin adını qeyd etməklə [email protected] ünvanına iyunun 30-dək göndərə bilərlər.