Logo

"Əldə edilmiş uğurların təməlində Türkiyə və Azərbaycan arasında olan qardaşlıq əlaqələri dayanır"

22.06.2023 17:04 247 baxış
IMG

Seçkilərdən sonra qardaş ölkədə yaranmış vəziyyət Azərbaycan səfərini cənab Ərdoğan üçün vacib olaraq şərtləndirirdi. Hər zamankı kimi səmimi təməllər üzərində kemirilən görüşdə sabahlar üçün planlanan məqsədlər danışıldı ölkədaxili məsələlərdə verilə biləcək dəstəklər müzakirə olundu.

Əldə edilmiş bütün uğurların təməlində Türkiyə və Azərbaycan arasında olan qardaşlıq əlaqələri dayanır. Türkiyə və Azərbaycan bundan sonra da xarici siyasət sahəsində vahid mövqedən çıxış edəcəklər.

Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra “İki dövlət, bir millət” devizi əsasında inkişaf edən Azərbaycan və Türkiyə sarsılmaz birliyi bu gün ən yüksək inkişaf səviyyəsinə çatmışdır. Ulu öndərin ən layiqli siyasi varisi – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin inamla davam etdirdiyi bu siyasət Türkiyə ilə Azərbaycan arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin inkişafına güclü təkan vermişdir.

Türkiyənin böyük siyasi lideri, Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğanın hakimiyyətə gəlişindən sonra Türkiyə-Azərbaycan əlaqələri daha dinamik xarakter almış, ikitərəfli münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Azərbaycanın kədərini özünün kədəri, sevincini sevinci hesab edən Türkiyə ölkəmizi yaxın strateji tərəfdaş hesab edərək bir sıra regional və qlobal iqtisadi-siyasi məsələlərin həllində birgə addımlar atır. Hər iki ölkənin təşəbbüsü ilə regionun geosiyasi xəritəsinin dəyişən böyük layihələrin həyata keçirilməsi, strateji kommunikasiya dəhlizlərinin yaradılması istiqamətində birgə işlərin davam etdirilməsi Türkiyə və Azərbaycanın bölgədə nüfuzunun artmasına, aparıcı dövlətlərə çevrilməsinə səbəb olmuşdur.

Bölgənin inkişafı, sabitliyi və təhlükəsizliyi nöqteyi-nəzərindən Türkiyə-Azərbaycan birliyi amili çox önəmlidir. Azərbaycan Ordusu bundan sonra Türkiyə modeli əsasında inkişaf edəcək. Müdafiə və müdafiə sənayesi sahələrində gələcək əməkdaşlıq planları olduqca genişdir. Cari il 16 birgə hərbi təlim keçiriləcəkdir, onlardan 6-sı artıq keçirilmişdir. Bəllidir ki, Beynəlxalq hüquq çalışmır. Biz bunu 30 illik işğal dönəmində görmüşdük və aparılan müzakirələr, danışıqlar heç bir nəticəyə gətirib çıxarmadı, nəticəyə gətirib çıxaran bizim gücümüz oldu. Bundan sonra da hesalnmış planlar nəticəsində hiss olunur ki, ticarət dövriyyəsi sürətlə artır və artıq 6 milyard dollara yaxınlaşıbdır və gələcəkdə daha da artacaq.

Birgə həyata keçirəcəyimiz layihələr bunu təmin edəcək, xüsusilə enerji sahəsində. Azərbaycandan Türkiyəyə təbii qazın ixracı artmaqdadır, ildən-ilə artır və bu gün biz razılığa gəldik ki, bundan sonra da artacaq. Türkiyə ərazisindən Avropa ölkələrinə Azərbaycanın qaz ixracı artmaqdadır. Enerji sahəsində bizim işimiz təbii qaz məsələsi ilə məhdudlaşmır. Bərpaolunan enerji növləri üzrə əməkdaşlığın böyük perspektivləri var. Bu gün həm qaz, həm neft, həm neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisi sahələrində də fəal əməkdaşlıq əlaqələri mövcuddur. Azərbaycan ərazisindən, yəni, Xəzər dənizi ilə daşınan yüklərin həcmi ildən-ilə artmaqdadır və daha da artacaq.

Ona görə Azərbaycanda nəqliyyat və logistika imkanları genişlənir. Bakı Dəniz Limanının imkanları 25 milyon tona qədər genişlənir. Dəmir yolu, gəmiqayırma zavodu və digər nəqliyyat infrastrukturu ən müasir səviyyəyə gətirilir. Artıq şərtsiz şəkildə Zəngəzur dəhlizinin açılması qaçılmazdır. Bu istiqamətdə birgə səylərin sayı artıracaqdır. Bu dəhlizin açılması bütün ölkələr üçün yeni imkanlar açacaq və bölgədə işbirliyi məsələlərinə də müsbət təsir göstərəcək.

Ariz Qasımov
Ucar şəhər 2 nömrəlili tam orta məktəbin ingilis dili müəllimi

Xəbər lenti