Logo

Saç düzümünə görə məktəbliyə sinif yoldaşlarından ayrı dərs keçdilər - FOTO

16.03.2021 08:44 722 baxış
IMG

Britaniyalı yeniyetmə koronavirus pandemiyasına görə tətbiq olunan özünütəcrid rejiminin ləğvindən sonrakı ilk gündə saç düzümü səbəbiylə sinif yoldaşlarından təcrid olunub və ayrı otağa salınıb.

 

Bu barədə “Mirror” xəbər verir.

 

Devon şəhərində bir illik karantindən sonra müəllimlər 13 yaşlı Lilian Haqa ayrıca saxladıqları sinif otağını tərk etməyi və dostları ilə ünsiyyət qurmağı yasaqlayıb.

 

Müəllimlər məktəblinin saçını ekstremal qısa hesab ediblər və digər şagirdlərin də bu halda ona baxmasını düzgün saymayıblar.

 

Yeniyetmənin sözlərinə görə, digər uşaqlar kabinetlərinə qayıtmadığı müddətdə o, nə ayaqyoluna, nə də tənəffüsə çıxa bilib.

 

Rəhbərliyin qərarına əsasən, Haq 10 gün ərzində – saçı uzanana qədər öz sinfindən ayrı otaqda tək dərs keçib.

 

Məlumdur ki, ölkədə bərbərxanalar bağlı olduğundan bərbərliyi uşağın anası edib. Ancaq qayçı nisbətən küt olduğundan səhvən daha çox saç kəsib.

 

“Düşünürdüm ki, cari vəziyyəti nəzərə alaraq məktəblilər daha anlayışlı olarlar”, - deyə Haqın anası şikayət edib.

 

Buna cavab olaraq təhsil müəssisəsinin direktoru Endryu Devis məktəbin şagirdlərinə xarici görünüşü və forması ilə bağlı dəqiq standartlar qoyduğunu xatırladıb.

 

“Bu vəziyyətdə, bu ekstremal saç düzümü idi, buna görə alternativ təhsil variantı təqdim etdik”, - deyə o əlavə edib.

 

Xəbər lenti