Logo

Komitə sədri Laçın məktəblisi Zəhra İmranlı ilə görüşüb

16.03.2021 08:47 625 baxış
IMG

Moderator.az xəbər verir ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva ədəbi yaradıcılıq və bədii qiraətlə məşğul olan istedadlı Laçın məktəblisi Zəhra İmranlı ilə görüşüb.

 

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva media və sosial şəbəkələrdə bir-birindən maraqlı şeirləri ilə gündəmə gələn Laçın rayon 21 saylı orta məktəbin 3-cü sinif şagirdi Zəhra İmranlı ilə görüşüb. Görüş əsnasında, milli-mənəvi dəyərlər və vətənpərvərlik təbliğatı ilə bağlı tədbirlərdə, layihələrdə könüllü iştirakına və verdiyi töhfələrə görə balaca Zəhraya təşəkkürünü bildirən Komitə sədri, onun bu sahədə uğurla fəaliyyət göstərəcəyinə inamını ifadə edib.

 

Zəhra dəvətə görə Qənirə Paşayevaya öz təşəkkürünü bildirib.

 

Görüşdə RHİM İB sədri Arzu Bağırova iştirak edib. Komitə sədri və RHİMİB sədri Zəhra İmranlıya Qarabağ motivli hədiyyələr bağışlayıb, xatirə şəkli çəkdirib.

 

Qeyd edək ki, Zəhra İmranlı Ümummilli lider Heydər Əliyev haqqında səsləndirdiyi “Ölümü olmayan insan”, Xocalı soyqırımından bəhs edən “Şəhid şəhər”, “YAŞAT” Fondunun fəaliyyətinə həsr olunan “YAŞAT ki, yaşayasan”, hüquq-mühafizə orqanlarının karantin dönəmindəki xidmətinə diqqət çəkən “Azərbaycan polisi”, bayrağımızın təbliğinə həsr edilən “Azərbaycan bayrağına”, həkimlərimizin pandemiyaya qarşı fədakar mübarizəsinə ithaf olunan “Həkimə məktub” və b. şeirləri ilə tanınır. 3-cü sinif şagirdinin sonuncu şeiri millət vəkili Qənirə Paşayevaya həsr olunub.

 

Xatırladaq ki, Zəhra İmranlı görkəmli tarzən, “Qran-pri” sahibi Ayaz İmranovun qızıdır.

Xəbər lenti