Logo

ECAR layihəsi çərçivəsində təlimi başa vuran BMU əməkdaşına sertifikat verilib - FOTO

22.06.2023 23:24 547 baxış
IMG

Bakı Mühəndislik Universitetinin (BMU) İnsan resursları və hüquq şöbəsinin mütəxəssisi Aynur Seyidovanın iştirak etdiyi “Strateji insan resurslarının idarə olunması” adlı təlim başa çatıb.

Bu barədə "Tehsil.biz"ə BMU-dan bildirilib.

Bir ay yarım müddətində davam edən təlim Avropa Komissiyasının maliyyələşdirdiyi “Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı Erasmus+ layihəsi çərçivəsində reallaşdırılıb.

Azərbaycanın layihə tərəfdaşı olan 16 ali təhsil müəssisəsindən 18 nəfərin iştirak etdiyi proqramı uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim olunub.

Azərbaycan HR İnstitutu tərəfindən keçirilmiş proqram ali təhsil müəssisələrində insan resursları idarəedilməsinin təkmilləşdirilməsi məqsədi daşıyıb və toplam 6 modulu (İstedadların cəlb olunması, HR Əməliyyatlar, Öyrənmə və İnkişaf, İstedadların idarə olunması, Ölçmə və Analitika, Biznes Liderlik) əhatə edib.

Xəbər lenti