Azərbaycan Tibb Universiteti tədris ocağında koronavirusa kütləvi yoluxma halının qeydə alınması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
ATU-dan verilən məlumta görə, tələbələr arasında kütləvi yoluxma yoxdur.
“İndiyədək ATU-nun yalnız bir fakültəsində – I Müalicə profilaktika fakültəsinin 6 qrupunda təhsil alan bir neçə nəfərdə COVİD-19-a yoluxma aşkarlanıb. Həmin qruplar distant təhsilə keçirilib. Digər fakültələrimizin heç birində yoluxma halları qeydə alınmayıb.
ATU-nun bütün tədris binaları mütəmadi olaraq dezinfeksiya olunur. Klinik baza üzrə əyani dərslərə gələn hər bir tələbənin temperaturu ölçülür”, – məlumatda qeyd edilib.