Təhsil Tələbə Krediti Fondunun (TTKF) fəaliyyətə başladığı vaxtdan bu günə qədər olan statistikası açıqlanıb.
Fonddan "Tehsil.biz"ə bildirilib ki, bu günə qədər 26 min 173 tələbə kredit almaq üçün müraciət edib.
TTKF fəaliyyətə başladığı gündən 19 min 484 nəfərə təhsil tələbə krediti verilib. Onların arasından 7 min 111 nəfərin müraciəti sosial təhsil tələbə krediti, 12 min 373 nəfərin müraciəti isə standart təhsil tələbə krediti olaraq rəsmiləşdirilib.
Kredit alan tələbələrin 11 min 174-ü qadın, 8 min 310-u kişidir.