Logo

Rektor: "BDU-da 25000-ə yaxın tələbə təhsil alır"

23.06.2023 21:34 515 baxış
IMG

"Ulu Öndər Heydər Əliyevin “Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvəti, milli iftixarı” adlandırdığı Bakı Dövlət Universiteti 1919-cu ildə cəmi 2 fakültə, 44 nəfərlik professor-müəllim heyəti və 1094 tələbə ilə fəaliyyətə başlayıb" 

Tehsil.biz xəbər verir ki, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev bildirib.

Rektor qeyd edib ki, hazırda BDU-da 16 fakültə, 1500 nəfərlik professor-müəllim heyəti fəaliyyət göstərir, 25000-ə yaxın tələbə təhsil alır:

"Universitetdə 120 kafedra, 2 elmi-tədqiqat institutu, 4 elmi-tədqiqat mərkəzi, Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzi, 21 elmi-tədqiqat, 23 tədris laboratoriyası, 5 muzey, Qazax filialı, İqtisadiyyat və Humanitar Kollec, “Gənc istedadlar” liseyi fəaliyyət göstərir. Bakalavriat səviyyəsində 84 ixtisas, magistratura səviyyəsində 246 ixtisaslaşma üzrə kadr hazırlığı həyata keçirilir".

Xəbər lenti