Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektorunun marketinq üzrə müşaviri Sitarə Abdullayeva bu günlərdə Özbəkistanda səfərdə olub.
ADMİU-dan "Tehsil.biz"ə bildirilib ki, Özbəkistan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutunun təşkilatçılığı ilə iyunun 21-də keçirilən “Mədəniyyət və incəsənətin beynəlxalq idarə edilməsi; problemlər və həll yolları” adlı beynəlxalq elmi-konfransda iştirak edib.
Müasir menecer modellərinin formalaşdırılması, innovativ axtarışlardan istifadənin konkretləşdirilməsi əsasında mədəniyyət və incəsənətin idarə edilməsində xarici və milli təcrübəsinin öyrənilməsi məqsədi daşıyan konfransa müxtəlif ölkələrdən professorlar, doktorantlar, müstəqil tədqiqatçılar qatılıblar.
S.Abdullayeva elmi konfransda “Marketinq mədəniyyəti və sənət” adlı məruzə ilə çıxış edib.



