Qax şəhər 3 nömrəli tam orta məktəbin başqa məktəbə köçürülməsi, həmin məktəbin liseyə çevrilməsi ilə bağlı məlumatlara aydınlıq gətirilib.
Şəki-Zaqatala Regional Təhsil İdarəsindən "Tehsil.biz"ə verilən məlumata görə, məsələ ilə bağlı regional təhsil idarəsinə müraciətlər daxil olmuş, vətəndaşların narahatlığı ifadə olunmuşdur.
"Qax şəhər 3 nömrəli məktəbin inzibati binası hazırda tikinti prosesindədir. İşlər yekunlaşdıqdan sonra məktəb öz fəaliyyətini yeni məktəb binasında davam etdirəcək", - qurumun açıqlamasında qeyd olunub.
Mərcanə Əsədova