Logo

"Yarımçıq qalmış” tamaşası “Landau School”da nümayiş olunub - FOTO

24.06.2023 17:23 363 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Mədəniyyət-Yaradıcılıq Mərkəzinin Aprel döyüşlərinin yeddinci ildönümünə həsr etdiyi “Yarımçıq qalmış” tamaşası “Landau School” Təhsil Kompleksində nümayiş olunub.

BDU-dan "Tehsil.biz"ə bildirilib ki, müəllim-şagird kollektivi tərəfindən maraqla qarşılanan tamaşanın aktyor heyəti, səs rejissoru və rejissoru təşəkkürnamə ilə təltif edilib.

Xatırladaq ki, “Yarımçıq qalmış” tamaşası Mədəniyyət-Yaradıcılıq Mərkəzinin əməkdaşı Vahid Orucoğlunun quruluşçu rejissorluğu ilə universitet tələbələri tərəfindən səhnələşdirilib. Tamaşa Yefim Abramov və Leyla Bəyimin Aprel şəhidlərinin xatirəsinə həsr etdikləri “Xəyalpərvər oğlanlar” əsəri əsasında hazırlanıb.

Xəbər lenti