Logo

AzTV-nin sədri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb - FOTO

24.06.2023 21:22 286 baxış
IMG

"Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib.

Tehsil.biz xəbər verir ki, görüşdə gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev də iştirak edib.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri “Yüksəliş” müsabiqəsinin qaliblərini müsabiqədə əldə etdikləri nailiyyət münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Rövşən Məmmədov güclü idarəçinin əsas xüsusiyyətlərindən biri olan kommunikasiya bacarığından, media orqanları vasitəsilə cəmiyyətlə düzgün ünsiyyət qurmağın yollarından, düzgün medianı və hədəf kütləsini müəyyənləşdirməyin, o cümlədən nitq mədəniyyətinin əhəmiyyətindən bəhs edib. O, bu istiqamətdə qaliblərin suallarını cavablandırıb, mövzu barədə qaliblərlə fikir mübadiləsi aparıb. Qaliblərin nitq qabiliyyəti barədə fərdi şərhlər verən Rövşən Məmmədov onlara gələcəkdə nitq bacarıqlarını inkişaf etdirmələri üçün müxtəlif təlimlərdə iştiraka cəlb etməyə kömək göstərəcəyini bildirib.

“Yüksəliş” müsabiqəsinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev Rövşən Məmmədova iştirak üçün təşəkkürünü bildirərək gələcəkdə belə görüşlərin mütəmadi təşkil ediləcəyini deyib.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsinin 20 qalibini bir il ərzində idarəçi rəhbərlərdən – iri şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20 min manat dəyərində pul mükafatı gözləyir.

“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il iyulun 26-da imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 5 mərhələdən ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.

Prezident İlham Əliyev 2022-ci il dekabrın 20-də üçüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb.

Xəbər lenti