Logo

AzTU müəllimlərinin həmmüəllifi olduqları ixtira beynəlxalq patent alıb - FOTO

25.06.2023 12:28 407 baxış
IMG

Azərbaycan Texniki Universitetinin (AzTU) Metallurgiya və materiallar texnologiyası kafedrasının müəllimləri - professor Arif Məmmədov və dosent Ramiz Həsənlinin həmmüəlifi olduqları “Kürəvi qrafitli legirlənmiş çuqun” adlı ixtira beynəlxalq patent alıb.

Bu barədə "Tehsil.biz"ə ali məktəbdən bildirilib.

Yeni ixtira aqressiv mühitlərdə nəzərdə tutulan neft-mədən və kimya maşıqayırması qurğularının hazırlanması üçün tətbiq oluna bilər.

Qeyd edək ki, ixtira müəlliflik hüququ qorunmaqla müvafiq sənaye sahələrində istifadə oluna bilər.

Xəbər lenti