"Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) artıq beş ildir ki, fəaliyyət göstərir".
Tehsil.biz xəbər verir ki, bunu institutun rektoru Aqil Şirinov Aİİ-nin Məzun Günü tədbirində deyib.
Rektor ali təhsil müəssisəsinin məzunlarını ikinci dəfədir yola saldığını bildirib:
"İnstitut dövlət qayğısı ilə tam əhatə olunur. Müəssisənin əsas məqsədi yüksək intellektə, geniş dünyagörüşünə malik, sağlamdüşüncəli, dövlətçiliyə bağlı, vətənini sevən mütəxəssislər hazırlamaqdır".
"Tələbələr ölkəmizin inkişafı, daha da çiçəklənməsi naminə üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməli, milli-mənəvi dəyərlərimizi müasir dünyanın reallıqlarına uyğun şəkildə və birləşdirici ünsür olaraq cəmiyyətə təbliğ etməlidirlər", - A.Şirinov qeyd edib.
Kənan Nağıbəyli