Logo

"İlahiyyat İnstitutunun Qafqaz bölgəsi üzrə dini təhsil sahəsində xüsusi yeri var"

25.06.2023 16:28 312 baxış
IMG

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci ildə imzaladığı Sərəncamla təsis edilən Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasında məqsəd Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub-saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasını təmin etməkdir".

Tehsil.biz xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Azərbaycan İlahiyyat İnstitutunun Məzun Günü tədbirində deyib.

DQİDK sədri İnstitutun yaradılmasının həm ölkəmiz, həm region, həm də müsəlman dünyası üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb:

"İlahiyyat İnstitutunun artıq Qafqaz bölgəsi üzrə dini təhsil sahəsində xüsusi yeri var. İnstitut beş ildir fəaliyyət göstərir. Ali təhsil müəssisəsi bu müddət ərzində dini kadr sahəsində güclü kadr hazırlığı həyata keçirməyə nail olub".

Kənan Nağıbəyli

Xəbər lenti